Ukrayna vəd edilmiş Qərb tanklarının martın əvvəlində döyüş meydanına çıxacağını gözləyir.
Yeniavaz.com xəbər verir ki, bunu CBC telekanalına müsahibəsində Ukraynanın müdafiə naziri Aleksey Reznikov deyib .
Nazirin sözlərinə görə, elan edilmiş Qərb tanklarının çatdırılması hekayənin sonu deyil, sadəcə hekayənin başlanğıcıdır.
O etiraf edib ki, ekipajların hazırlanması və tankların Ukraynaya daşınması müəyyən vaxt aparacaq. Eyni zamanda, Reznikov tankların mart ayında yaz kampaniyasının başlanması üçün hazır olacağına ümid etdiyini bildirib.