• Şikayət et

"Rusiya ABŞ-ın cavabını qiymətləndirməyə tələsməyəcək" - Peskov

“Hələlik Rusiya Federasiyasının ABŞ-ın təhlükəsizlik zəmanətləri ilə bağlı cavabına hansı formada reaksiya verəcəyinə dair bir anlaşma yoxdur”. AzVision.az xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib.

Onun sözlərinə görə, bu cavabın ictimailəşəcəyinə dair də ayrıca qərar veriləcək.

"Lazım gələrsə, prezident hökumət üzvləri, Təhlükəsizlik Şurası ilə məsləhətləşmə aparacaq. Mən sizə dəqiq bir tarix deyə bilmərəm, amma aydındır ki, reaksiya gecikməyəcək. Amma bunu ertəsi gün gözləmək, yəqin ki, axmaqlıq olardı. Nəhayət, unutmayaq ki, bizim təkliflərimizi ABŞ-ın və bütün Avropanın öyrənməsi bir aydan çox vaxt lazım gəldi. Ona görə də dərhal reaksiyamızı gözləməyək”, - Peskov söyləyib.

O deyib ki, qiymətləndirmə, təhlil etməkdə tələsməyəcəklər: "Prezidentimizə müvafiq mövqe bildirmək üçün vaxt lazımdır".

Pərvanə Sultanova

Mənbə:
0
79
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar