• Şikayət et

Rusiya ilə kritik müzakirə - Türkiyə yeni əməliyyata hazırlaşır

Türkiyənin Suriyanın şimalında yeni hərbi əməliyyatlarla bağlı Rusiya ilə danışıqlar apardığı iddia edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Middle East Eye” (MEE) xəbər agentliyinin məlumatında deyilir.

Məlumatda Türkiyə və Rusiya rəsmilərinin önümüzdəki həftələrdə PKK/PYD/YPG terror təşkilatının Fərat çayının qərbindən çıxarılması üçün operativ danışıqlar apardığı deyilir.

Xəbərdə iki gün əvvəl Türkiyə və Rusiya müdafiə nazirləri Hulusi Akar və Sergey Şoyqu arasındakı telefon danışığına da diqqət çəkilib.

Akarın telefon danışığından sonra bu açıqlamanı vermişdi: “Birinci prioritetimiz terror təhlükəsi və terror dəhlizinin daimi qarşısının alınması və terror təşkilatlarının zərərsizləşdirilməsidir”.

Mənbə:
0
57
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar