Rusiya hətta bu virusun nümunəsi olmasa belə, “Omikron” ştammına uyğunlaşdırılmış antikovid peyvəndi hazırlaya bilər.
Cebhe.info xəbər verir ki, Hamaley Mərkəzinin rəhbəri Aleksandr Gintsburqun sözlərinə görə, alimlərə “Omikron”un nukleotidlərinin ardıcıllığını bilmək kifayətdir.
Rusiya İnvestisiya Fondu öz növbəsində bildirib ki, zəruri hallarda fevralın sonuna qədər “Sputnik V” və “Sputnik Light”-ı hazırlayanlar yeni ştammdan da qoruyan yüz milyonlarla doza peyvəndi buraxa biləcəklər.
Qurumun rəhbəri Kirill Dmitriev deyib ki, peyvənd ÜST tərəfindən tanınacaq. Bunun üçün yalnız kiçik bürokratik məsələlər qalıb.
Xəzər