• Şikayət et

Rusiya növbəti səfərbərliyə hazırlaşır - ISW

Rusiya növbəti səfərbərlik dalğasını gözləyir ki, bu da sonda Ukraynada cəbhəyə köçürülən rus qoşunlarının ümumi keyfiyyətini pisləşdirəcək.
“Paralel.az ” xəbər verir ki, bu Müharibənin Tədqiqi İnstitutunun (ISW) analitiklərinin hazırladığı son hesabatda yer alıb.

ISW-nin məlumatına görə, Putin səfərbərliyə son qoymaq barədə əmr imzalamasına baxmayaraq, Rusiya hakimiyyəti heç vaxt səfərbərlik prosesini tamamilə dayandırmayıb.
ISW analitikləri hesab edir ki, gizli səfərbərlik fəaliyyətinin davam etdirilməsi və cari payız çağırışı ilə paralel olaraq növbəti səfərbərlik dalğasına hazırlıq, onsuz da həddən artıq yüklənmiş Rusiya ordusuna ciddi problem yaradacaq. Bu həm də təlim keyfiyyətinin daha da aşağı olmasına gətirib çıxaracaq.

Mənbə:
0
546
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar