• Şikayət et

Ruslar Çerniqovu bloklayır, eyni zamanda dövlət sərhədinə doğru hərəkət edir

Rusiya qoşunları Çerniqovu blokadaya almağa davam edir, lakin eyni zamanda Ukraynanın dövlət sərhədinə yaxın ərazilərə tərəf hərəkət edirlər. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Facebook-da məlumat yayıb.

“Severski istiqamətində düşmən Çerniqovun blokadaya almağa davam edir. Eyni zamanda, Mərkəzi Hərbi Dairədən qoşunların Ukraynanın dövlət sərhədinin yaxınlığında yerləşən ərazilərə tərəf hərəkəti müşahidə olunur”, - məlumatda bildirilir.

Baş Qərargah qeyd edir ki, düşmənin çəkilməsindən sonra Ukrayna Silahlı Qüvvələrinin bölmələri Rudnya, Şevçenkovo, Bobrık, Staraya Basan, Novaya Basan, Makeyevka, Poqreba, Bajanovka, Vladimirovka, Şnyakovka, Salnoe, Sofiyevka, Qavrilovka yaşayış məntəqələrini nəzarətə götürüb.

Mənbə:
0
4728
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar