• Şikayət et

“Saakaşvili vəzifədə qalsaydı, müharibə qaçılmaz olardı” – Baş nazir

 

Gürcüstan öz milli maraqlarına zidd hərəkət etməyəcək və Rusiya Federasiyasına qarşı “ikinci cəbhə” açmayacaq.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili jurnalistlərə açıqlamasında bildirib.

“Gürcüstan Rusiyanın Ukraynadakı xüsusi əməliyyatına cavab olaraq Qərbin tətbiq etdiyi çoxsaylı sanksiyalara qoşulmayacaq. Hazırda həbsdə olan keçmiş prezident Mixail Saakaşvili Rusiyaya qarşı hərbi əməliyyatların “ikinci cəbhəsi”ni yaratmaq məqsədilə ötən ilin payızında Gürcüstana gəlib. Məlumata görə, Ukraynada müharibə noyabr və ya dekabrda başlamalı idi, Saakaşvili bu məqsədlə gəldi ki, buradan ikinci cəbhə açmağa hazır olsun. Təəssüf ki, ukraynalı dostlarımız bunu təsdiqlədilər, bu çox acınacaqlıdır. Biz milli maraqlarımıza cavab verməyən heç bir iş görməyəcəyik. Gürcüstanda ikinci cəbhə olmayacaq”, – Baş nazir jurnalistlərə deyib.

Hökumət rəhbəri əlavə edib ki, əgər indi Gürcüstanda Saakaşvili hakimiyyətdə olsaydı, Rusiya ilə müharibə qaçılmaz olardı.

 

 

Mənbə:
0
821
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar