"Scat" hava yolları Bakıdan Misirin Şarm əl-Şeyx və Hurqada istiqamətlərinə uçuşlara başlayacaq.
Bu barədə "Gerso Travel" şirkətindən Turizmplus.az saytına eksklüziv məlumat verilib. Məlumata görə, iyulun 3-dən etibarən həm Şarm əl-Şeyx, həm də Hurqada istiqamətində ayrı-ayrı reyslər həyata keçiriləcək. Uçuşlar həftədə bir dəfə baş tutacaq.
Yaxın zamanda uçuşlar barədə təqdimat olacaq.