• Şikayət et

Səfər Mehdiyevdən Ramiz Mehdiyevə dəstək "islahatı" - Yeni kadrlar təyin edib, siyahıda kimlər var?

"Gömrük sistemində rüşvət və inhisar yoxdur!" devizi ilə od püskürən gömrükbaşı, bu yaxında "Qohumbazlıq da yoxdur" şüarını səsləndirəcəyi şübhəsizdir" bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyə bilər. Gundeminfo.az xəbər verir ki, bu barədə blogger Həbib Müntəzir sosial şəbəkə statusunda yazıb. DGK-da aparılan o "mütərəqqi islahat" da kadr dəyişikliyini təqdim edirik:[ /b]
- Beylər Eyyubovun qardaşı oğlu Eyyubov Həsən Nəbi oğlu Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə təyin olunub.
- Ramiz Mehdiyevin qardaşı oğlu Mehdiyev Telman Hüseynqulu oğlu Qərb Ərazi Baş Gömrük idarəsinin Baş gömrük idarəsinin rəisi vəzifəsinə təyin olunub.
- Zaqatala İcrabaşı Mübariz Əhmədzadənin oğlu Əhmədzadə Coşqun Sumqayıt Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə təyin olunub.
- Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, Bakı İslam Universitetinin rektoru Hacı Sabirin oğlu Həsənli Hüseyn Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Baş Gömrük İdarəsinin rəisinin birinci müavini vəzifəsinə təyin olunub.
- Baş prokurorun müavini olmuş Rüstəm Usubovun kürəkəni İsmayılov Üveysi Ərəstun oğlu cənub ərazi Baş Gömrük İdarəsinin Baş Gömrük İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub.
- Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevin qardaşı Rzayev Rauf Yaqub oğlu Şimal Ərazi Baş Gömrük İdarəsinin Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə təyin olunub.
- 20 il Azərbaycanın Baş Prokuroru olmuş, I dərəcəli dövlət ədliyyə müşaviri Zakir Qaralovun əmisi oğlu Qaralov Səməd Əsəd oğlu Gömrük Nəzarətinin təşkili və ticarətin asanlaşdırılması baş idarəsinin baş idarə rəisinin 1-ci müavini vəzifəsinə təyin olunub.

Mənbə:
0
1864
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar