• Şikayət et

Separatçılar Ağdərədə PUA emalatxanası AÇDI

Ermənilər Ağdərədə “Armat havada” adlı PUA emalatxanası açıb.

Bu barədə Qarabağdakı qondarma qurumun “dövlət nazirinin müşaviri” Artak Beqlaryan teleqram kanalda yazıb.

“Dünən Mardakertdə (Ağdərə) Qarabağda ikinci, ümumilikdə isə “Armat” kimi sayca 24-cü olan “Armat havada” PUA emalatxanası açılıb. Layihənin həyata keçirilməsini Mardakertlə “qardaşlaşmış” Fransanın Sarsel işəhərinin erməni icması maliyyələşdirib.

Bu gün isə Xankəndidə Qarabağ emalatxanalarının ilk “ARMAT” sərgisi baş tutub.

Mövcud Armatların fəaliyyətinin nəticələri nəzərəçarpacaq və ümidvericidir. Lakin bizim Qarabağda Armat və digər oxşar təhsil proqramlarının əlçatanlıq və effektivlik səviyyəsinin artırılması istiqamətində hələ çox uzun yolumuz var.

APPT-ə, Armat sponsorlarına və komanda liderlərinə mühüm töhfələrinə görə təşəkkür edirik”, -deyə Beqlaryan yazıb.

P.S. Separatçılar silahlanmalarını açıq-aşkar elan edir. 30 ildə silahlandırdılar, silahlandılar, 44 günə məhv oldular. Yenə dərs olmayıblar. Bayraktar”la “İtiqovan”ın  hər an başlarının üstündə ola biləcəyini nəzərə alsalar, yaxşı olar.

Xuraman Etibarlı

Mənbə:
0
481
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar