Bu yaxınlarda qondarma qurumda hansı “siyasi xadim”in ən yüksək reytinqə malik olduğunu öyrənmək üçün “sorğu” keçirilib. Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hayeli” nəşri yazıb.
Nəşrin məlumatına görə, separatçıların reytinqi çox aşağıdır, demək olar sıfır səviyyəsindədir, “milli təhlükəsizlik şurasının katibi” Vitali Balasanyanın reytinqi nisbətən yüksəkdir.
“Ən yüksək Ermənistanın ikinci prezidenti Robert Köçəryanın reytinqidir. Qarabağda yaşayan insanlar əmindirlər ki, onların təhlükəsizliyini yalnız o təmin edə bilər. Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın reytinqi də bir az yüksəkdir, lakin Robert Köçəryandan aşağıdır”, - deyə nəşr qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az