“Bu məsələnin bu qədər şişirdilməsinə ehtiyac yoxdur. Bu olan şeydir! Hər zaman məktəblərdə belə hallar yaşanıb. İki uşaqdı da. Bunu şişirdib, böyük bir sosial problemə çevirməyin nə mənası var ki, anlamıram. Hər halda yaxşı hadisə deyil”.
Bu fikirləri keçmiş təhsil naziri Firuddin Cəlilov Bakıda şagirdin sinif yoldaşını döyməsinə münasibət bildirərkən deyib. Keçmiş təhsil naziri qeyd edib ki, bunun bu qədər şişirdilməsinə ehtiyac yoxdur:
“Uşaqdı da bir-birilə savaşıb. Bütün məktəblərdə guya hamı bir-birini döyür ki? Bu nadir hadisədir. Təsadüfən məktəbdə olub, küçədə də ola bilərdi. Avtomatla gəlib uşaqları qırmayıblar. Vallah mən başa düşmürəm. Belə şeylər mənim vaxtım da olub, Nikolayın vaxtında da olub, gələcəkdə də olacaq”.