• Şikayət et

SOCAR bu il neft hasilatını azaldacaq (PROQNOZ)

SOCAR istismar etdiyi yataqlarda 2022-ci il ərzində 7 811 070 ton neft hasil etməyi proqnozlaşdırır.

Bu barədə "APA-Economics”in sorğusuna cavab olaraq SOCAR-dan bildirilib.

Qeyd edək ki, ötən il SOCAR şirkətin müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlarda 7 892 079 ton neft hasil edib. Beləliklə, 2021-ci ilin göstəricisi ilə müqayisədə 2022-ci ildə SOCAR üzrə neft hasilatı 1,03% azalacaq.

Bu ilin yanvar-mart aylarında SOCAR tərəfindən 1 930 062 ton neft hasil edilib, bu da illik müqayisədə 0,3% çoxdur.

Xatırladaq ki, ötən il Azərbaycanda 34,58 mln. ton neft hasil edilib, bu da illik müqayisədə 0,1% çoxdur

Mənbə:
0
4508
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar