• Şikayət et

Son illərdə görülməmiş hadisə: Aviabiletlər limitli satılacaq

 

İngiltərə höküməti hava limanlarında yaranan xaosa həll yolu axtarmağa davam edir.

Turizmplus.az xəbər verir ki, dünyanın ən çox ziyarətçi qəbul edən hava limanlarından biri Hitrou son illərdə görülməmiş qərara imza atıb. Belə ki, artıq hava limanına sərnişinlər limitlə qəbul ediləcək. Bununla yanaşı hava limanı rəhbərliyi aviaşirkətlərə müraciət edərək növbəti iki ay ərzində bilet satışını dayandırmaları xahiş edib.

Qərara əsasən, 100 mindən çox sərnişin sentyabrın 11-dək Hitroudan gündəlik uçuşlardan yararlana bilməyəcək.

"British Airways"in sabiq rəhbəri və hazırda Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) prezidenti Villi Uolş bildirib ki, aviaşirkətlərə bilet satışını dayandırmağı söyləmək gülüncdür.

Nəzərinizə çatdıraq ki, adı çəkilən hava limanından gündə orta hesabla 104.000 sərnişin istifadə edir.

Mənbə:
0
3635
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar