• Şikayət et

Stiv Cobsun yadigarı – birinci nəsil “iPhone”

Bir neçə gündür ki, məşhur “LCG Auctions” hərrac evində açılmamış 2007-ci il birinci nəsil ayfonun
(“iPhone”) 39 min 340 dollara satıldığı barədə xəbər yayılıb və bu məlumatlar çoxlarında böyük maraq doğurub.
“Business Insider” nəşri xəbər verir ki, bu barədə hərrac evinin saytında məlumat yerləşdirilib. Xatırladaq ki, Stiv Cobs tərəfindən ilk dəfə 2007-ci il yanvarın 9-da təqdim edilən “iPhone” həmin illərdə çox qısa müddət ərzində zəmanəmizin ən mühüm və geniş yayılmış ixtiralarından birinə çevrilib, müəllifinə yüz milyonlarla dollar qazanc gətirib.
Qeyd edək ki, 2007-ci ildə ilk “iPhone” modelin qiyməti 599 dollar olub. ABŞ Statistika Bürosunun məlumatına görə, inflyasiya nəzərə alınmaqla hərracda satılan smartfon bu illər ərzində təxminən 45 dəfə bahalaşıb.
Bu məqamda bir neçə kəlmə də əfsanəvi ixtiraçı Stiv Cobs (Steven Paul Jobs-ingiliscə) barədə söz açmamaq olmaz. Uğurlu amerikalı sahibkar, sənaye dizayneri, biznes maqnatı, media sahibi və investor kimi tanınırdı. O, məşhur “Apple”-ın həmtəsisçisi, sədri və baş direktoru olub.
S.Cobs 2011-ci ilin 5 oktyabrında 56 yaşında dünyasını dəyişib. Onun ölümündən qısa müddət əvvəl Harvard Universitetində tələbələr qarşısında parlaq çıxışı ən uğurlu nitqlərindən sayılır və bu gün də internetdə maraqla izlənilir.

Mənbə:
0
1479
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar