Bu gün Azərbaycan Premyer Liqasında 20-ci tura start verilib.
Press.az xəbər verir ki, ilk oyu günündə 1 matç keçirilib. "Sumqayıt" doğma meydanda "Turan Tovuz"u qəbul edib və 2:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, tura 31 yanvar və 1 fevral tarixlərində keçiriləcək 4 oyunla yekun vurulacaq.
30 yanvar (bazar ertəsi)
18:00. “Sumqayıt” – “Turan Tovuz” - 2:1
Qollar: Todor Todorski, 28 (1:0), Runi Eva, 39 (1:1), Karim Abubakar, 49 (2:1)
Hakimlər: Rauf Allahverdiyev, Namiq Hüseynov, Rahil Ramazanov, Nicat İsmayıllı
“Kapital Bank Arena”