Sumqayıt YAP-çıları anım gününə həsr olunmuş ağacəkmə aksiyasında iştirak ediblər

YAP Sumqayıt şəhər təşkilatınınnümayəndələri Sumqayıt şəhərində Vətən müharibəsi şəhidlərinin əzizxatirəsinə həsr olunmuş ağacəkmə aksiyasındaiştirak ediblər.

Sentyabrın 27- də Sumqayıt şəhərində Vətən müharibəsi şəhidlərinin əzizxatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.

27 sentyabr 2021-ciil tarixində Sumqayıt şəhərində Azərbaycan Respublikasının ərazi bütövlüyüuğrunda canını qurban vermiş Vətən müharibəsi şəhidlərinin xatirəsinə ehtiram əlamətiolaraq Sumqayıt şəhər İcra Hakimiyyətinin və YAP Sumqayıt şəhər təşkilatının təşkilatçılığıilə ağacəkmə aksiyası keçirilmişdir. Aksiyada YAP Sumqayıt şəhər təşkilatıaparatının əməkdaşları, siyasi fəallar iştirak ediblər.

Aksiya zamanı Vətənmüharibəsi qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədiləSumqayıtşəhərində müxtəlif ağaclar əkilib. Əkilən ağaclar suvarılıb, aqrotexniki qulluqgöstərilib.

Aksiya zamanı qeydolunub ki, Azərbaycan xalqı milli tarixinin ən möhtəşəm səhifəsini yaşayır.2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti təxribatınacavab olaraq, Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi iləcəbhənin bütün istiqamətlərində əks-hücum əməliyyatları həyata keçirmişdir. 44gün davam edən müharibə Azərbaycanın parlaq qələbəsi ilə başa çatmış və 30 iləyaxın müddət ərzində işğal altında olan torpaqlar azad edilmişdir. Ordu ilə birolan xalq iradə, əzmkarlıq, milli ruh nümayiş etdirərək tarixi ədaləti bərpaetdi.İkinci Qarabağ müharibəsində 3000-ə yaxın həmvətənimiz şəhid olmuş,itkin düşmüş, yaralanaraq sağlamlığını itirmişdir. Torpaqlarımız qəhrəman şəhidlərimizin,əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azadedilmişdir. Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksəkqiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur.

Azərbaycanın ərazibütövlüyü uğrunda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət diləyirik.

Mənbə:
0
187
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar