Sumqayıtda deputatlar şəhidlərimizin xatirəsini yad ediblər

Bu gün "27 sentyabr - Anım günü" ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Milli Məclisin deputatları Hicran Hüseynova, Müşfiq Məmmədli və Emin Hacıyevin iştirakı ilə Sumqayıt şəhərində bir sıra tədbirlər keçirilib.

Şəhidlər xiyabanında keçirilən anım mərasimində 44 günlük zəfər savaşında şəhidlərimizin vətən torpağı uğrunda göstərdikləri şüacət və igidlikdən, qəhrəmancasına hər birinin son nəfəsinə kimi vuruşaraq şəhdilik zirvəsinə ucalmasından qürur hissi ilə danışılıb.

Şəhidlərin fotolarından ibarət stendə baxıldıqdan sonra şəhid valideyinləri ilə birlikdə şəhidlərin məzarları ziyarət edilərək gül dəstələri düzülüb. Hər bir şəhidin ailəsinə başsağlığı verilib.

Mənbə:
0
195
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar