Sumqayıtda incəsənət məktəbinin kollektivi şəhidlərin xatirəsini anıblar -FOTOLAR

Sumqayıt şəhər Bülbül adına 2 nömrəli uşaq incəsənət məktəbinin pedoqoji kollektivi Sumqayıt Şəhidlər Xiyabanını ziyarət edib.

Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksələn qəhrəmanların xatirəsi anılıb, ruhlarına dualar oxunub. Məktəbin şəhid şagirdi Hüseyn Yusifovun da məzarı ziyarət olunaraq xatirəsinə ehtiram ifadə edilib. Məktəbin direktoru Samir İsmayılov qələbə tariximizin parlaq səhifəsinə qızıl hərflərlə adlarını yazan şəhidlərimizin sücayətindən söz açıb. O, şəhidlərimizin xatirəsinin əbədi olaraq qəlbizimizdə yaşayacağını vurğuladı.

 

 

 

Anım tədbiri şəhidin musiqi təhsili aldığı Sumqayıt şəhər Bülbül adına 2 nömrəli uşaq incəsənət məktəbində davam edib. Ailə üzvlərinin də qatıldığı tədbirdə şəhidin təhsil aldığı illər xatırlanıb.

Daha sonra məktəbin kollektivi şəhidin yaşadığı evi ziyarət edib.

Şəhidin anası Asya Məmmədova, dayısı Ərşad Məmmədov Hüseyn Yusifovun uşaqlıq xatirələrindən, məktəb illərindən, qısa və şərəfli döyüş yolundan danışıblar, övladlarıyla hər zaman fəxr edəcəklərini bildiriblər.

Mənbə:
0
164
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar