Sumqayıtda nəqliyyat kartları 2,5 manata satılır -İDDİA (AÇIQLAMA)

Sumqayıt şəhər daxili nəqliyyat kart sisteminə keçsə də, problemləri qalmaqdadır.

Sakinlər nəqliyyat kartı əldə edə bilmədiklərini, kartı tapanda isə, 2 manat deyil, 2.50 AZN-dən satıldığını iddia edirlər.

Bəs aidiyyatı qurumlar nə deyir?

Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin rəisi Sultan Əsədov Xeberle.com-a açıqlamasında problemlərin olduğunu təsdiq edir: Yeni sistemə keçmişik və bəzi problemlər var. Nəqliyyat kartları tam şəhər əhalisinin təlabatını ödəyəcək sayda olmasa da, hissə-hissə satışa verilir. Yaxın günlərdə bu kimi problemlər aradan qaldırılacaq və vəziyyət tam qaydasına düşəcək. Bildirmək istəyirəm ki, nəqliyyat kartlarının qiyməti 2 AZN təşkil edir. Bəzi işbazlar tərəfindən 2.50 manata satılması faktları bizə də məlumdur. Araşdırıb belə işbazlıqların qarşısını almışıq".

Xədicə Səxavətqızı

Mənbə:
0
200
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar