Sumqayıtda qida məhsullarının istehsalı ilə məşğul olan sahibkarlarla görüş keçirilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Sumqayıt şəhərində unlu qənnadı məmulatlarının istehsalı ilə məşğul olan sahibkarlıq subyektləri ilə görüş keçirilib.

KOBİA-dan Xeberle.com-a bildirilib ki, görüşdə agentliyin, Sahibkarlığın İnkişafı Fondunun, Qida Təhlükəsizliyi Agentliyinin və Abşeron KOB İnkişaf Mərkəzinin nümayəndələri iştirak ediblər.

Dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində təşkil olunmuş tədbirdə sahibkarlar tərəfindən unlu qənnadı məmulatlarının keyfiyyətli daşınması və saxlanılması, maliyyə resurslarına çıxış, kadr potensialının gücləndirilməsi və digər məsələlər müzakirə olunub. Görüşdə sahibkarların təklifləri dinlənilib, müvafiq qurumlar tərəfindən onları maraqlandıran suallar cavablandırılıb. Sahibkarlara qida məhsullarının daşınması zamanı temperatur rejiminə və digər müvafiq qaydalara əməl olunması, maliyyə resurslarına çıxışla bağlı Elektron Kredit Platformasından (www.e-edf.gov.az) istifadə, sahibkarlıq subyektlərinin əməkdaşlarının biznesyönümlü təlim və məsləhət xidmətləri üçün Abşeron KOB İnkişaf Mərkəzinə müraciət edə biləcəkləri və sair barədə məlumat verilib.

Mənbə:
0
226
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar