Sumqayıtda şəhid Səmid Əliyevin məzarı ziyarət edildi

Sumqayıt şəhərində Böyük Qələbə ilə başa çatan 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan şəhidimiz Əliyev Səmid Xoşbəxt oğlunun anım günüdür. Əliyev Səmid 05.06.1998-ci il də dünyaya gəlmiş, 2-ci Qarabağ müharibəsində 01.10.2020- ci ildə qəhrəmancasına vuruşaraq şəhid olmuşdur.

Əliyev Səmid Xoşbəxt oğlu ön cəbhəyə gedərək son nəfəsinə kimi torpaqlarımızın azad olunması uğrunda şücaət gösdərərək,döyüş bölgəsində düşməni hədəfində tutmuş və bir çox erməni əsgərini məfh edərək Şəhidlik zirvəsinə ucalmışdır. Şəhidimizi böyük qürur və ehtiram hissi ilə yad edirik.

Millət vəkili Hicran Hüseynovanın nümayəndəsi Sumqayıt şəhər Şəhidlər Xiyabanına gedərək şəhidimiz Əliyev Səmid Xoşbəxt oğlu məzarı üzrə gül dəstələri qoyaraq şəhidin xatirəsini yad edib.

Millət vəkili Hicran Hüseynova şəhidimizə Allahdan rəhmət diləyir,hər zaman qürur və ehtiram hissi ilə andığını bildirib.Həmçinin şəhidimizin ailəsinə dərin hüzünlə baş sağlığı verdiyini və şəhidimizlə bütün Azərbaycanın qürur duyduğunu bildirir. Bugünümüzü onlara borcluyuq, şəhid və qazi ailələrinin hər zaman yanında olacaqlarını bildiriblər.

Mənbə:
0
200
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar