Qətər millisi tarixində ilk dəfə dünya çempionatında qol vurub.
Qol.az xəbər verir ki, komanda DÇ-2022-nin qrup mərhələsinin 2-ci turunda Seneqala qarşı matçın (1:3) 78-ci dəqiqəsində qol vurub. Yığmada Məhəmməd Muntəri baş zərbəsi ilə fərqlənib.
Qətər üçün bu, dünya çempionatı tarixində ilk qoldur. Həmçinin 2022-ci il dünya çempionatı bu komandanın tarixində ilkdir. Qətər turnirin ev sahibi ölkə kimi mundiala vəsiqə qazanıb.