• Şikayət et

“Telegram”da Qarabağdakı Rusiya sülhməramlılarının saxta bəyanatı yayılıb

Qarabağdakı Rusiya sülhməramlılarının saxta bəyanatı yayılıb...

Qarabağda yerləşdirilən Rusiya sülhməramlı kontingentinin (RSK) Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının xəritələrindəki toponimlərdən istifadə etməsi barədə bəyanatı rəsmi statusa malik olmayan “Telegram” kanalı yayıb.

Buna baxmayaraq, bir sıra KİV-lər, o cümlədən “Sputnik Armeniya” bu postu Azərbaycan ərazisindəki yaşayış məntəqələrinin adları ilə bağlı Azərbaycan Müdafiə Nazirliyinin rəsmi bəyanatına Rusiya sülhməramlı kontingentinin “cavabı” kimi təqdim edib.

Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi NEWS.ru-ya bildirib ki, RSK adından yazı yerləşdirən kanalın nazirliklə nə əlaqəsi olduğunu bilmir. O, qeyd edib ki, Rusiya Müdafiə Nazirliyinin yalnız əsas kanalı rəsmi statusu daşıyır. RSK-nin səhifəsində də rəsmi olaraq məhz Rusiya Müdafiə Nazirliyinin “Telegram”dakı əsas kanalı göstərilib.

Nazirliyin nümayəndəsinin sözlərinə görə, qurumun saytında Rusiya Müdafiə Nazirliyinin bütün rəsmi kanallarına keçidlər yerləşdirilib. (oxu.az)

pia.az

Mənbə:
0
384
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar