• Şikayət et

THY yanğınlar səbəbilə sərnişinlər üçün xüsusi qaydalar tətbiq edəcək

Türkiyənin müxtəlif şəhərlərində olan yanğınlar səbəbiylə həmin ərazilərdə müxtəlif problemlər yaşanır.

Türk Hava Yollarından Turizmplus.az saytına verilən məlumata görə, şirkət tərəfindən bu vəziyyəti nəzərə alaraq həmin şəhərlərə/şəhərlərdən olan uçuşlara biletləri olan sərnişinlər üçün xüsusi dəyişiklik və "refund" haqları tətbiq etməyi qərarlaşdırılıb. Qayadalar aşağıdakı kimidir:

Əgər bilet 29 İyul tarixindən daha əvvəl əldə edilibsə və uçuş tarixləri 29-30 iyul tarixləri arasındadırsa tərəfinizdən bilet dəyişikliyinin 6 Avqust tarixinə qədər yerinə yetirilməsi şərti ilə;

Dəyişiklik:

- 15 Avqust tarixinə qədər olan uçuşlara dəyişiklik edilərsə, Türkiyə daxili başqa şəhərə dəyişiklik ödənişsizdir.

- 15 Avqust sonrası Türkiyə daxili başqa şəhərə dəyişiklik üçün siniflər arası qiymət fərqi ödənilməldir ancaq dəyişiklik cəriməsi tətbiq olunmayacaqdır.

Refund:

- Heç istifadə olunmayan biletlər tam geri qaytarıla bilinər.

- Qismən istifadə olunmuş biletlərin istifadə olunmamış hissəsi geri qaytarıla bilər.

Bu qaydalar sadəcə Türk Hava Yolları və AnadoluJet uçuşlarına olan biletlər üçün keçərlidir.

 

Mənbə:
0
5758
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar