Türkiyə Mərkəzi Bankından özəl sektorla bağlı açıqlama

13 iyul, Fineko/abc.az. Türkiyə Mərkəzi Bankı özəl sektorun xaricindən aldığı kredit məlumatlarını dərc edib.

ABC.AZ xəbər verir ki, may ayının sonuna olan məlumata görə, Türkiyənin özəl sektorunun xaricdən cəlb etdiyi cəmi kreditlər, 2020-ci ilin sonu ilə müqayisədə 2 milyard dollar artaraq 16 ayın ən yüksək səviyyəsinə (175,6 milyard dollar) çatıb.

2020-ci ilin sonu ilə müqayisədə özəl sektorun uzunmüddətli kredit borcu 2,2 milyard dollar artaraq 166 milyard dollar təşkil edib.

 

Mənbə:
0
296
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar