• Şikayət et

Türkiyə terrorçuları Suriyadan çıxarmaqda qətiyyətlidir - Ərdoğan

Türkiyə terrorçuları Suriyadan çıxarmaqda qətiyyətlidir.

Trend-in məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan“Astana” formatındakı sammitində deyib.

"Biz terrorçuları Suriyadan çıxarmaqda qətiyyətliyik. Separatçı terror təşkilatları Suriyadan tamamilə çıxarılmalıdır. Astana prosesinin qarant ölkələri olaraq Rusiya Federasiyası və İranın bu mübarizədə Türkiyəyə dəstək verməsini gözləyirik. Aydın şəkildə başa düşmək lazımdır ki, bölgəmizin gələcəyi üçün separatçı terrorizmə və onun təzahürlərinə yer yoxdur", - deyə R.T.Ərdoğan qeyd edib.

 

 

Türkiyə prezidenti həmçinin bildirib ki, suriyalı qaçqınların özölkələrinə təhlükəsiz qayıtması da Astana prosesinin gündəmindəkimühüm məsələlərindən biridir. Onun sözlərinə görə, Suriyanınşimalındakı Tel Rifat və Mənbic “terrorçular üçün limana” çevrilibvə həmin əraziləri onlardan təmizləmək lazımdır.

Mənbə:
0
3376
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar