Uber 1 mlrd dollardan çox mənfəət əldə edib

5 avgust, Fineko/abc.az. Amerikan texnologiya şirkəti, ən iri onlayn çatdırılma və taksi xidmətlərindən biri olan Uber bu ilin ikinci rübündə 1,5 milyard nəfər sərnişin daşıyıb.

ABC.AZ marja-ya istinadla xəbər verir ki, bu barədə şirkətin rəsmi hesabatına deyilir.

Qeyd olunur ki, bu dövrdə Uber-in taksi, kuryer, ərzaq çatdırılması, malların daşınması, velosiped və motosikl icarə xidmətləri üzrə sifarişlərin ümumi həcmi 21,9 milyard dollar təşkil edib. Bu rəqəm ötə ilin müvafiq dövründən 114% çoxdur.

Sifarişlərin 8,6 milyard dolları taksi və sərnişindaşıma, böyük hissəsi - 12,9 milyard dolları isə çatdırılma xidmətlərinin payına düşüb.

Uber aprel-iyun aylarında 3,92 milyard dollar gəlir (105%), 1,14 milyard dollar xalis mənfəət əldə edib. Ötən ilin ikinci rübünü şirkət 1,77 milyard dollar zərərlə başa vurmuşdu.

 

Mənbə:
0
219
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar