Oktyabrın 1-dən etibarən Xerson istiqamətində Ukrayna Silahlı Qüvvələri 36,5 kilometr dərinlikdə irəliləyərək, 41 yaşayış məntəqəsini azad edib.
“Xalq qəzeti” xəbər verir ki, bu barədə Ukrayna SQ Baş komandanı Valeri Zalujnı məlumat verib.
Qeyd edək ki, son sutka ərzində isə Xerson vilayətində Ukrayna Silahlı Qüvvələri 12 yaşayış məntəqəsini nəzarətə götürərək 264 kv.km ərazini Ukraynaya qaytarıb.