• Şikayət et

"Ukrayna Rusiya ilə müharibədə 10 aya tam qələbə çala bilər"

Mixail Saakaşvili hesab edir ki, Ukrayna ən bədbin ssenariyə görə, Rusiya ilə müharibədə 10 aya tam qələbə çala bilər.

Bizimyol.info Gürcüstan mətbuatına istinadla xəbər verir ki, Gürcüstanın üçüncü prezidenti Ukraynadakı vəziyyəti qiymətləndirməsi və proqnozu ilə bağlı fikirlərini öz Facebook səhifəsində paylaşıb.

Saakaşvili yazır ki, Ukrayna ordusu 3000-3500 düşmən tankını məhv etməlidir ki, Rusiya ordusunun hücum potensialı tamamilə məhv edilsin.

"Əgər bu temp davam edərsə, o zaman 240-300 gün çəkəcək. Keçən hər gün düşmənə qarşı işləyir",- Saakaşvili yazır.

O qeyd edir ki, Rusiya tərəfi Xersona hücumu elan etdikdən sonra Xerson vilayətində böyük hücum potensialı toplayıb və Nikolayevə hücum edəcək.

"Ancaq mən hesab edirəm ki, bu dəlilikdir. Və bu çox çətin bir işdir və baha başa gələ bilər. Rusiyanın uğur şansı çox az olacaq”,- deyə o əlavə edib.

Saakaşvili həmçinin vurğulayır ki, Ukrayna hərbi rəhbərliyi düzgün iş görür, tələsmir və buna görə də döyüş meydanında az səhvə yol verir.

Xatırladaq ki, Saakaşvili hazırda iki aclıq aksiyasından sonra Rustavi həbsxanasından köçürüldüyü Tbilisidəki Vivamed klinikasında müalicə alır. Saakaşvilinin oğlu Eduard bu yaxınlarda jurnalistlərə açıqlamasında atasının artıq özünü Gürcüstan siyasətində görmədiyini deyib. Və bildirib ki, o diqqətini Ukraynadakı vəziyyətə yönəldib.

Qeyd edək ki, Mixail Saakaşvili 2021-ci ilin payızında keçiriləcək bələdiyyə seçkilərinin birinci turuna az qalmış Ukraynadan gizli şəkildə Gürcüstana qayıdıb və bundan sonra saxlanılıb.

Eks-prezident Gürcüstanda Sandro Qirqvlianinin ölümü ilə bağlı qalmaqallı işdə və keçmiş deputat Valeri Gelaşvilinin döyülməsində təqsirli bilinənləri əfv etdiyinə görə 6 il müddətinə azadlıqdan məhrum edilib. Bu hökmlər Saakaşvili Gürcüstandan kənarda olarkən qiyabi olaraq verilib.

Saakaşvili ittihamları qəbul etmir və özünü siyasi məhbus adlandırır.

Saakaşvili ötən ilin payızında Gürcüstana qayıdarkən sərhədi qanunsuz keçməkdə də ittiham olunur.

İlahin, Bizimyol.info

Mənbə:
0
625
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar