• Şikayət et

Ukraynalı oliqarxların Krımdakı obyektləri ələ keçirildi

Krım Dövlət Şurasının deputatları xarici vətəndaşların, o cümlədən İqor Kolomoyski, Rinat Axmetov və Arseni Yatsenyukun əmlakının milliləşdirilməsi haqqında qərar qəbul edib. Ümumilikdə siyahıya 500-ə yaxın obyekt daxildir.

Publika.az xəbər verir ki, bunu Dövlət Şurasının spikeri Vladimir Konstantinov “Telegram-kanal”ında yazıb.

O bildirib ki, Kamış-Burun dəmir yatağı kombinatı, 12 Ukrayna bankının aktivləri, Kiyevin “Dinamo” futbol klubu, Krasnoperekopskdakı Soyuducu Avadanlıqlar Zavodu və digərləri də milliləşdirilib.

Bundan əvvəl “Nadra”, “MTB BANK”, “Ukrsotsbank”, “Maliyyə və Kredit”, “Bank Forum” və digər bankların əmlakının milliləşdirilməyə məruz qaldığı bildirilimişdi.

 

Səxavət

Mənbə:
0
25
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar