• Şikayət et

Ukraynanın birinci xanımı: "Mənə dəfələrlə o sualı veriblər ki..." - VİDEO

“Rus analara müraciət etməyin mənası yoxdur, çünki ukraynalıları dinləməyəcəklər”.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayanın birinci xanımı Alyona Zelenskaya deyib.

Prezidentin xanımı qeyd edib ki, ona bir neçə dəfə belə bir sual verilib, amma hansı sözləri tapacağını bilmir.

“Bir neçə dəfə bu barədə düşünməyə çalışdım. Xüsusilə müharibə başlayanda düşündüm ki, kimsə nəsə eşidə bilər. İndi görürük ki, heç kim heç nə eşitmir. Ona görə də sizi eşitməyənlər üçün fərqli çıxışlar uydurmaq vaxt itkisidir. Bunlar fantaziyalardır”, - Zelenskaya bildirib.

Onun sözlərinə görə, bu insanlar ukraynalıları heç vaxt eşitməyəcəklər, çünki onlar öz informasiya məkanında kilidləniblər:

“Bir səbəbdən orada kilidləniblər. Bu, onların rəhbərliyi üçün lazımdır ki, insanlar bu informasiya vakuumunu tərk etməsinlər. Bununla idarə edə bildikləri bir kütlə yaradırlar. Təəssüf ki, bu ölkədə hamı belədir, analar da”.

 

Mənbə:
0
71
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar