• Şikayət et

UNESCO erməniçiliyinə TƏRS ŞİLLƏ - Mehriban Əliyevanın MƏKTUBUNDAN

“Mehriban Əliyeva UNESCO-nun tamamilə yeni sahəsi olan Qeyri-maddi mədəni irsin qorunması üzrə məsuliyyət daşıyan çox fəal xoşməramlı səfirdir”.

Bunu UNESCO-nun sabiq baş direktoru Koişiro Matsuura deyib.

Noyabrın 15-də Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiri kimi fəaliyyətini dayandırıb və bu barədə UNESCO-nun baş direktoru, Fransanın keçmiş mədəniyyət naziri Odri Azuleyə ünvanlanan məktubunda məlumat verib. Bu, təşkilatın Azərbaycana qarşı nümayiş etdirdiyi ikitərəfli yanaşmaya diplomatik etirazdır.

Mehriban Əliyevanın xoşməramlı səfir kimi fəaliyyətinə qısa nəzər salaq:

– Muğam və aşıq sənəti, tar ifaçılıq sənəti, eləcə də Azərbaycan xalçası UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib;

– Çövkən, yəni Azərbaycanda ənənəvi atüstü oyun UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib;

Mehriban Əliyevanın xoşməramlı səfir kimi fəaliyyəti beynəlxalq miqyasda yüksək qiymətləndirilib:

– 2005-ci il iyunun 9-da Rusiyanın “Yüzilliyin mesenatları” Beynəlxalq Xeyriyyə Fondunun “Yaqut Xaç” ordeni ilə təltif olunub;

– Ümumdünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin 2007-ci ildə Cenevrədə keçirilən 120-ci sessiyasının yekdil qərarı ilə ana, uşaq və ailə sağlamlığının qorunması və möhkəmlənməsi işində müstəsna xidmətlərinə görə Mehriban xanım Əliyevaya mükafat verilib.

– 2007-ci ilin mayında Mehriban xanım Əliyeva “Qızıl ürək” beynəlxalq mükafatına, 2009-cu ildə Polşanın “Xidmətlərə görə” Böyük Komandor Xaçı ordeninə, 2010-cu ildə Fransanın “Şərəf Legionu” ordeninə, 2012-ci ildə Rusiya Federasiyasının İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru adına layiq görülüb. 2015-ci il fevralın 11-də Pakistan İslam Respublikasının “Hilal-e Pakistan” ali ordeni, martın 26-da isə Serbiya qarşısında ictimai, mədəni və humanitar sahələrdə xüsusi xidmətlərinə görə bu ölkənin yüksək dövlət mükafatı olan “Sreten” ordeni ilə təltif edilib;

– Fransanın Ərəb Mədəni İrsi Mərkəzi və Misirin “Nefertiti Media Productions” şirkətinin birgə keçirdiyi sorğunun nəticəsinə görə, Mehriban xanım Əliyeva “2014-cü ilin Ən nüfuzlu qadını” adına layiq görülüb;

–  “The Business Year” şirkəti Mehriban xanım Əliyevanı dünyada “İlin Birinci Xanımı” mükafatına layiq görüb;

Qeyd edək ki, UNESCO-nun mübahisə doğuran addımlarına görə ABŞ və İsrail təşkilatdan çıxıb. Azərbaycana qarşı təşkilatın təhrif dolu yanaşması Qarabağla bağlıdır. Bunu Odri Azulenin fransız olması, Fransanın isə ermənipərəstliyi ilə də izah etmək olar. Belə ki, II Qarabağ savaşı və atəşkəs haqqında üçtərəfli bəyanatdan sonra UNESCO erməni sifarişlərini yerinə yetirməyə başlayıb. 20 noyabr 2020-ci il tarixli mətbuat konfransında UNESCO tərəfindən “əhəmiyyətli mədəni sərvətlərin ilkin inventarizasiyasını aparmaq üçün müstəqil ekspertlərdən ibarət nümayəndə heyətinin yaradılması” təklif edilib. Rəsmi Bakı təşkilata tərəf saxlamama kimi bir vəzifəsinin olduğunu xatırladaraq Qarabağda mədəni irsin qorunmasını siyasiləşdirməməyi tövsiyə edib. Halbuki işğal dövründə Azərbaycan tərəfinin beynəlxalq faktaraşdırıcı missiyanın yaradılması istiqamətində dəfələrlə çağırışlar etməsinə baxmayaraq, beynəlxalq ictimaiyyət 30 il vəziyyətə biganə yanaşıb və erməni tərəfinin razılığı olmadığına görə UNESCO-nun heç bir nümayəndə heyəti Qarabağa ayaq basmayıb. Hər halda araşdırma üçün, yoxsa Qarabağa qanunsuz səfər edən ermənipərəst avropalılar çox olub.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın UNESCO-nun xoşməramlı səfiri kimi fəaliyyətini dayandırması onların fəaliyyətsizlik, yaxud erməniçiliyinə tərs şillə oldu.

Mənbə:
0
506
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar