• Şikayət et

Uyğunluq sertifikatları verilən məhsullar - VİDEO

Qeyri-neft ixracının ildən ilə artırılmasının iqtisadi inkişafının əsas prioritetlərindən biri kimi qəbul edilməsi ölkə daxilində məhsul istehsalını müasir beynəlxalq tələblərə uyğunlaşdırmağı tələb edir.

2022-ci ilin yanvar-oktaybr aylarının ixrac göstəriciləri Azərbacanın bu sahədə uğur qazandığını düşünməyə imkan verir. Cari ilin 10 ayında Azərbaycanın qeyri-neft ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,2 faiz artıb. Ölkədən 2,4 milyard dollarlıq qeyri-neft məhsulu ixrac edilib və bu sırada aqrar məhsullarla yanaşı kimya sənayesi, metallurgiya və emal sənayesi məhsulları da üstünlük təşkil edib.

İxracın artırılmasında bu məhsulların keyfiyyətli istehsalı və digər marketinq tədbirləri ilə yanaşı, onların lazımi sənədlərlə, o cümlədən uyğunluq sertifikatları ilə təmin edilməsinin də mühüm rolu olub. Uyğunlüq sertifikatı məhsulun keyfiyyətinə təminat verən sənəddir və əmtəənin səlayihətli orqanlar tərəfindən müəyyən edilmiş tələblərə uyğun olduğunu göstərir.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun şöbə müdiri Habil Hümbətov bildirir ki, uyğunluq sertifikatı həm istehsalçıda, həm də istehlakçıda məhsulun keyfiyyətinə inam yaradır. Bu isə məhsulun həm yerli bazarda, həm də xarici bazarlarda rəqabət qabiliyyətini yüksəldir.

Rəqəmlər göstərir ki, istehsalçılar və idxalçılar öz məhsullarına uyğunluq sertifikatı almaqda fəallıq göstərirlər. Belə ki, 2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən 1629 uyğunluq sertifikatı verilib. Bunlardan 346-sı qida məhsulları, 1249-u qeyri-qida məhsulları, 34-ü isə xidmət sahəsini əhatə edir. Bu sertifikatlar həm daxili bazar, həm də ixracat üçün nəzərdə tutulan məhsulları əhatə edib.

 

Mənbə:
0
580
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar