• Şikayət et

“Vətən Vüsal dedi” kitabı çap olunub

Bu günlərdə ikinci Qarabağ müharibəsində şəhid olmuş, baş leytenant Vüsal Kazımov haqqında “Vətən Vüsal dedi” kitabı çap olunub.

Sözügedən kitabda Vüsal Kazımovdan bəhs edən yazılar, avtobioqrafiq məlumatlar və adına yaradılmış ev muzeyinin fotoları yer alıb. Əməyi, əziyyəti olan hər kəsə təşəkkür edirik!

Biri var Vətəni sevmək, biri də var sevgini də üstələyib ona təmənnasız xidmət etmək, canını fəda edə bilmək.

Vüsalın həmin döyüşə getməmək şansı daha çox idi. Evin tək oğlu idi, özünün müəyyən vəzifəsi var idi, atası Universitet prorektoru idi. Elə bunlar bizim Azərbaycan reallığında döyüşə yollanamamaq üçün kifayət qədər şans deməkdir. Amma onun içini didib-parçalayan Xocalı fəryadı, Qarabağ yanğısı onun əlindən tutub ta döyüşlərin mərkəzinə aparmışdı.

Gərgin döyüşlər zamanı yüzlərlə hərbiçi dostunu yaralı halda xilas etmiş, elə sonuncu yaralı əsgərini də xilas edərkən şəhid olmuşdur. Məhz onun şücaətinin nəticəsidir ki, Prezident İlham Əliyevin Sərəncamı əsasında “İgidliyə görə”, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Vüsalın adı gələn yerdə hey danışmaq istəyirsən. Onun kimliyinin necəliyindən, necə qəhrəman, necə şəxsiyyət olmasından söz açmaq gəlir insanın içindən. Amma danışdıqca sözlərin onun böyüklüyü qarşısında nə qədər kiçik olduğunu dərk edib daha möhkəm susmağa qərar verirsən.

Gedişi ilə tarix yazan dostum, böyüklüyü ilə sükuta qərq edən dostum, sən həmişə sükutun möhtəbərliyində yaşayacaqsan. Bütün səssizliklərdən bir sən gülümsəyir!..

Çinarə Ömray

Mənbə:
0
6591
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar