• Şikayət et

"Whatsapp" nömrəsinə belə mesaj gələnlərin diqqətinə - DİN-dən açıqlama

Son vaxtlar “Whatsapp” istifadəçilərinə fərqli nömrələrdən eyni məzmunlu ismarıclar gəlir.
Belə hallarla üzləşən istifadəçilərdən bir neçəsi Yeniavaz.com-a müraciət edib və bildiriblər ki, ismarıcların məzmunu adətən yardım istənilməsi ilə bağlı olur.
Belə ki, fərqli nömrələrdən göndərilən ismarıclarda eyni şəxs və ya şəxslər üçün “yardım” istənilir, hətta bununla bağlı istifadçilərə “iş” də təklif edirlər.
Qeyd olunur ki, məlumatın dəqiqləşdirilməsi üçün həmin nömrələrlə əlaqə saxlamaq isə mümkün olmur.
DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Yeniavaz.com-un müvafiq sorğusunu cavalandırıb.
O bildirib ki, hazırda bu məsələ ilə bağlı daxili işlər orqanlarına müraciətlər daxil olur: “Daxili İşlər Nazirliyinin əməkdaşları daxil olan bu tipli müraciətlərlə bağlı vaxtaşırı tədbirlər həyata keçirir və qanunamüvafiq tədbirlər görülür. Daxili İşlər Nazirliyi dəfələrlə bu məsələ ilə bağlı vətəndaşlara müraciət edib və onlara etibar etmədikləri mənbələrdən gələn bu tipli ismarıclara reaksiya verməmələri barədə xəbərdarlıq edilib. Hazırda da bu məsələ ilə bağlı daxili işlər orqanlarına müraciətlər daxil olur.
Daha çox “Whatsapp” istifadəçiləri bu tipli dələduzluqlarla üzləşirlər. Adətən bu tip meajlar xarici nömrələrdən göndərilir. Həmin şəxslər özlərinin Azərbaycanda olmadıqlarını əsas gətirərək vətəndaşlardan onların verdiyi bank hesablarına köçürməər etməsini istəyirlər. Bir daha vətəndaşların nəzərinə çatdırırıq ki, bu tipli etibar etmədikləri şəxslərə və ya qurumlara heç bir ödəniş etməsinlər”.

Mənbə:
0
1262
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar