• Şikayət et

Xaçatryan: "Azərbaycan Ordusu İrəvanın ölçüsünə bərabər ərazini nəzarətə götürüb" - FOTO

“Azərbaycan 2021-ci ilin may ayından İrəvanın ölçüsünə bərabər olan ərazini nəzarətə götürüb”.

Bu barədə “Luys” Fondunun xarici siyasət və təhlükəsizlik üzrə eksperti Derenik Xaçatryan öz Facebook səhifəsində yazıb.

O bildirib ki, Azərbaycan 2021-ci ilin may ayından ölçüsü İrəvanın ərazisinə bərabər olan Ermənistan ərazisinə nəzarət edir.

“Dünəndən məlumat yayılır ki, 2021-ci ilin may ayından Azərbaycan 127 kv.km və ya 12700 hektar Ermənistan ərazisini nəzarətə götürüb. Nədən danışdığımızı aydınlaşdırmaq üçün qeyd edim ki, bu ərazi böyüklüyünə görə İrəvana bərabərdir və ya deyək ki, San-Marino Respublikasından iki dəfə böyükdür. Demək olar ki, Ermənistanın zaman zaman futbol oynadığı Lixtenşteyn Knyazlığının ərazisinə bərabərdir.

Bu, düşmənə xeyli itki vermək bahasına 2016-cı ildə itirdiyimizdən 32 dəfə çoxdur. Və bu, Ermənistanın “suveren” ərazisindədir, Qarabağ ətrafındakı təhlükəsizlik zonasında deyil”, – deyə Xaçatryan yazıb.

Mənbə:
0
893
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar