"Xavi "Barselona"ya baş məşqçilik edəcək"

"Atletiko"nun futbolçusu Luis Suares keçmiş klubu "Barselona"nın hazırkı durumu barədə danışıb.

Qol.az xəbər verir ki, 34 yaşlı hücumçu Kataloniya klubunu komandanın sabiq oyuçusu Xavinin çalışdırmalı olduğunu deyib:

"Bir futbol azarkeşi və Xavinin "Barselona"da qazandığı uğurları görən biri olaraq düşünürəm ki, o, nə vaxtsa bu, komandaya baş məşqçilik edəcək. Sadəcə indi bunun zamanı deyil. Xavi "Barselona"nın hazırkı vəziyyətini başa düşəcək qədər ağıllıdır. Doğru anı gözləməlidir. Çətin olacaq, amma Xavi "Barselona"nı çalışdıracaq".

Qeyd edək ki, Suares ötən il "Barselona"dan Atletiko"ya keçib.

Mənbə:
0
370
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar