• Şikayət et

Yalnız II rübdə Türkiyə turizmi 8 milyard dollardan çox gəlir əldə edib

 

Türkiyənin TÜİK qurumu II rübün turizm gəlirlərini açıqlayıb.

Turizmplus.az xəbər verir ki, II rübdə əvvəlki ilin eyni rübünə nisbətən gəlirlər 190,2% artaraq 8 milyard 717 milyon 103 min dollar olub. Turizm gəlirlərinin 83,8 faizi (mobil telefon rouminqi və marina xidməti xərcləri istisna olmaqla) xarici qonaqlardan, 16,2 faizi isə xaricdə yaşayan türk vətəndaşlardan əldə edilib.

Ziyarətçilər səyahətlərini şəxsi və ya tur paketlə təşkil ediblər. Bu rübdə ödənişlərin 6 milyard 273 milyon 64 min dollarını şəxsi xərclər, 2 milyard 444 milyon 39 min dollarını isə tur paket xərcləri təşkil edib.

 

 

Mənbə:
0
3322
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar