• Şikayət et

YAP Türkiyə xalqına başsağlığı verib

Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı İstanbul şəhərində baş vermiş partlayış nəticəsində insanların həlak olması və yaralanması ilə əlaqədar qardaş Türkiyə xalqına başsağlığı verib.

Partiyanın mətbuat xidmətindən REAL-a verilən xəbərə görə, başsağlığında qeyd edilib:

“Qardaş Türkiyənin İstanbul şəhərində törədilmiş partlayış nəticəsində insanların həlak olması və xəsarət alması xəbərini böyük üzüntü ilə qarşıladıq.

Bu vandalizm aktının sifarişçiləri və icraçılarını şiddətlə qınayır, hiddətimizi ifadə edir, həlak olanların ailələrinə, yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə şəfa tapmasını diləyir, hər zaman dost və qardaş Türkiyənin yanında olduğumuzu qətiyyətlə bildiririk.

Dünyada söz və nüfuz sahibi olan, milli hədəflərinə doğru əmin addımlarla irəliləyən Türkiyə dövlətinə qarşı istənilən təxribat cəhdi iflasa məhkumdur. Yaşasın Azərbaycan-Türkiyə dostluğu, xar olsun düşmənlər!”

 

Mənbə:
0
673
1
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar