• Şikayət et

Yaxın şərqlə əlaqələr gücləndirilir - VİDEO

Azərbaycan - İslam dünyasının ayrılmaz parçasıdır. Şərqlə Qərbin qovşağında yerləşən ölkəmiz dünyəvi, demokratik olmaqla yanaşı, öz dini və milli ənənələrini qoruyub saxlayıb və onları İslam dəyərləri əsasında formalaşdırıb. Avropa Şurasının, ATƏT-in, UNESCO-nun üzvü olmaqla bərabər, həm də İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı və İSESCO kimi nüfuzlu beynəlxalq qurumların da üzvüdür.

Müsəlman ölkələri arasında həmrəylik və əməkdaşlıq Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Elə bunun nəticəsidir ki, 2017-ci il ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunub, IV İslam Həmrəyliyi Oyunları Bakıda keçirilib. Bu addımların əsas məqsədi isə müsəlman aləminin birliyini möhkəmləndirmək, İslamın sülh və mədəniyyət dini olduğunu bütün dünyaya nümayiş etdirməkdir.

Prezident İlham Əliyev də Fəxri qonaq statusunda iştirak etdiyi Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısındakı çıxışında müsəlman dünyasının birliyindən və həmrəyliyindən danışıb, əvvəlki dövrlərdən fərqli olaraq hazırda bu birliyə, həmrəyliyə daha çox ehtiyacın olduğunu vurğulayıb.

Fələstində Azərbaycanın diplomatik nümayəndəliyinin açılmasının bəyan olunması da Azərbaycanın islam həmrəyliyi prinsiplərinə və dəyərlərinə sadiqliyinin göstəricisidir.

Azərbaycan həm də strateji tərəfdaşı olduğu İsraildə səfirlik açır. Qeyd edək ki, Azərbaycan-İsrail münasibətləri 1990-cı illərin sonlarından etibarən strateji müttəfiqlik səviyyəsində tərəfdaşlıq xarakteri daşıyır. Vətən müharibəsində Azərbaycanın qazandığı qələbədə də İsrailin hərbi-texniki rolu yüksək olub. Qərb ölkələrinin bizə silah-sursat satmaqdan imtina etdiyi bir şəraitdə İsrail haqq-ədalətin tərəfində olub və Azərbaycana yeni nəsil Pilotsuz Uçuş Aparatları və raket-artileriya kompleksləri satıb.

İsraildə səfirliyimizin məhz indi açılması da təsadüfi deyil. Azərbaycanın yaxın dostu, 1997-ci ildə Heydər Əliyevlə birlikdə iki ölkə arasında strateji müttəfiqliyin əsasını qoymuş Benyamin Netanyahunun İsraildə hakimiyyətə qayıdışı, bundan sonra Azərbaycan-İsrail münasibətlərinin daha da inkişaf edəcəyinə zəmin formalaşdırır.

 

Mənbə:
0
708
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar