• Şikayət et

Yeni diviziya qurulur: Türkiyə də yer alacaq – Rusiyaya qarşı şok həmlə

 

“Diviziya ölçüsündə qüvvə formalaşdırırıq. Qərargahı Estoniyada olacaq diviziyada Türkiyə hərbçiləri də yer alacaq”.

Teleqraf.com xəbər verir ki, bunu “Anadolu”ya açıqlamasında Estoniya Baş naziri Kaya Kallas deyib.

Kallas NATO-nun Madriddə keçirilən sammitni “tarixi hadisə” adlandırıb, Türkiyə, İsveç və Finlandiya arasında üçtərəfli memorandumun imzalanmasından xoşbəxt olduğunu söyləyib.

“İrəliləməyə, Finlandiya və İsveçi NATO-da görməyə hazırıq”, - baş nazir qeyd edib.

Rusiyanın aqressiyasını artırdıqdan sonra Baltikyanı bölgədə müdafiənin gücləndirilməsinin vacibliyini vurğulayan Kallas NATO-nun bundan sonra sözügedən regionda qoşunları və hərbi varlığını artırdığını xatırladıb:

“İsveç və Finlandiyanın NATO-ya daxil olması o demək olacaq ki, həm Baltikyanı, həm də Avro-Atlantik region daha təhlükəsiz olacaq. Bu iki güclü ölkə regionun təhlükəsizliyinə töhfə verəcək”.

Kallas Estoniyanın uzun müddətdir NATO-nun Baltikyanı ölkələrdə mövcudluğunun daha da artırılması ilə bağlı tələb irəli sürdüyünü deyib:

“Güclü qərarlar qəbul etmək üçün çalışırdıq. İndi deyə bilərəm ki, bu güclü qərarları qəbul etmişik. Diviziya ölçüsündə qüvvələr formalaşdıracağıq. Qərargahı Estoniyada yerləşəcək. Amma bu o demək deyil ki, bu qüvvələr daimi olaraq Estoniyada qalacaq. Bu birlik öz müdafiə qüvvələrimizdən, Estoniyadakı müttəfiq ölkələrin, ola bilsin ki, Türkiyə, Böyük Britaniya və ya başqa bir NATO dövlətinin hərbçilərindən ibarət olacaq. Bunlar lazım olduğu halda ilk andan Estoniya və bütün NATO sərhədlərini qorumaq üçün dərhal gələcək birliklər olacaq”.

Mənbə:
0
162
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar