• Şikayət et

Zaxarova Ukrayna, ABŞ və Britaniya rəhbərlərini film qəhrəmanları ilə müqayisə edib

Ukrayna, ABŞ və Böyük Britaniya hakimiyyətləri rejissor Leonid Qaydayın «Qafqaz əsiri» adlı kinokomediyasının məşhur qəhrəmanlarını xatırladır. Belə bəyanatı Rusiya XİN-in sözcüsü Mariya Zaxarova “Birinci kanal”ın efirindən çıxışı zamanı səsləndirib.
Onun fikrincə, Kiyev “Trus”la assosiasiya edir, London və Vaşinqton isə «Balbes» və «Bıvalıy» ilə.
Xatırladırıq ki, bu görkəmli personajları Qeorgi Vitsin, Yuri Nikulin və Yeveni Morqunov oynayıblar.
“Qaydayın filmindən bu kadrı xatırlayırsınızmı? «Qafqaz əsiri», orada üç qəhrəman var - Trus, Bıvalıy və Balbes. Məndə belə təsəvvür yaranır ki, Kiyev rejimi ortadadır və onun əllərindən bir tərəfdən Vaşinqton, digər tərəfdən London tutub” - Zaxarova deyib.

Mənbə:
0
118
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar