• Şikayət et

Özəl podratçı Tərtərdə 2 şəhid ailələsinə fərdi ev tikib

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinin və qazilərin mənzil-məişət probleminin həllinə iş adamlarının da qoşulması çağırışına cavab olaraq “Çarbağ” MMC Tərtər rayonunda 2 şəhid ailəsinin hər biri üçün dördotaqlı fərdi ev inşa edib. Bügünlərdə həmin mənzillər Qaradağlı və Yenikənd kəndlərində nəzərdə tutulmuş sahiblərinə təqdim edildi.
Rayon ictimaiyyəti təmsilçilərinin və qonaqların iştirakı ilə keçirilən hər iki mərasimdə əvvəlcə Vətən uğrunda qurban getmiş şəhidlərin əziz xatirəsi yad edildi, onların məzarları önünə gül-çiçək dəstələri qoyuldu, ruhlarına dualar oxundu. Sonra Milli Məclisin sədr müavini Adil Əliyev rayonun Qaradağlı kəndində şəhid Aslan Hüseynovun və Yenikənd kəndində şəhid Azər Qasımovun ailə üzvlərinə yeni tikilmiş dördotaqlı fərdi yaşayış evlərinin açarlarını təqdim etdi. Şəhid ailələrinin üzvləri göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.
Xatırladaq ki, şəhid Aslan Hüseynov “Azərbaycan bayrağı” ordeni, “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları, şəhid Azər Qasımov isə “Vətən uğrunda” , “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Əliqismət BƏDƏLOV

Mənbə:
0
1319
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar