"Zirə"nin futbolçusu 100-ə çatdı

Azərbaycan Premyer Liqasının 6-cı turunda “Sumqayıt”la matç "Zirə"nin futbolçusu İlkin Muradov üçün əlamətdar olub.

Qol.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 25 yaşlı yarımmüdafiəçi "Zirə"nin heyətində 100-cü matçını keçirib. O, Premyer Liqada 86, Azərbaycan kubokunda 14 dəfə şans qazanıb. Yarımmüdafiəçi turnirlərin hərəsində 2 qola imza atıb.

İlkin klub tarixində 100 və daha çox oyun keçirən ikinci futbolçudur. Bunadək yalnız Adil Nağıyev buna nail olub. Sabiq müdafiəçi “Zirə”də 103 dəfə meydana çıxıb.

Muradovun “Zirə”nin heyətindəki ilk oyunu 2017-ci il aprelin 29-na təsadüf edib. Həmin gün “Zirə” Premyer Liqanın səfər matçında AZAL-ı 3:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, "Zirə" - "Sumqayıt" matçı 1:0 hesabı ilə başa çatıb.

Mənbə:
0
305
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar