• Şikayət et

Zurabyandan ŞOK SÖZLƏR! "Ermənistan parça-parça olacaq"

“Əgər Rusiya Ukrayna münaqişəsində məğlub olarsa, o zaman Qafqazdan geri çəkilmək məcburiyyətində qalacaq. Bir çox dövlətlər bundan istifadə edə bilər”.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu fikiri Erməni Milli Konqresinin sədr müavini Levon Zurabyan səsləndirib. O bildirib ki, Rusiyanın məğlubiyyətindən Ermənistanın faydalanacağına inanmaq infantilizmdir:  “Baş nazir Nikol Paşinyan üçün Ermənistanın suverenliyinin güclənməsi ruslara qarşı növbəti təxribat deməkdir. Ermənistanda qərbpərəstlərlə rusiyapərəstlər arasında ciddi mübarizə gedir. İnsan öz ölkəsinin gündəmi ilə məşğul olmaqdansa, başqa dövlətlərin gündəminə diqqət yetirir və bu, təəccüblüdür.

“Cəmiyyətimizdə Rusiyanın məğlubiyyətinin dünyada dövlətlərin beynəlxalq hüquqlarını pozan bütün işğalçı ölkələr üçün dərs olacağı diskursunu yayan əhəmiyyətli bir hissə var. Əgər Rusiya Ukrayna münaqişəsində məğlub olsa, o zaman Qafqazı tərk etmək məcburiyyətində qalacaq və bundan bir çox dövlətlər yararlana bilər. Məsələn, Gürcüstan, Azərbaycan, Avropa ölkələri və sairə. Lakin Rusiyanın məğlubiyyətinə həsrət qalan insanlar Ermənistanın unikallığını başa düşmürlər. Çünki Ermənistan Rusiyanın məğlubiyyətindən faydalananlar arasında olmayacaq, ölkəmiz parça-parça olanlar sırasında yer alacaq”, – deyə Zurabyan fikirlərini tamamlayıb.

Mənbə:
0
362
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar