PSJ-nin futbolçusu Neymar klubdan ayrılmayacaq.
Qol.az xəbər verir ki, bu barədə "L`Equipe" məlumat yayıb. 30 yaşlı hücumçunun Paris təmsilçisi ilə arasındakı razılaşmaya əsasən, iyulun 1-dən onun sözləşməsi 2027-ci ilin yayına qədər uzadılacaq.
Qeyd edək ki, Neymar geridə qalan mövsüm bütün turnirlərdə 28 oyunda 13 qol vurub və 8 qolun ötürməsini verib.