• Şikayət et

Niyə bütün dünyada internetdə insanlar bu qədər aqressivdirlər?

İnternet yaranandan mövcud olan TROLLİNQ bütün dünyada hər il getdikcə daha da aqressivləşir. Demək olar ki, müxtəlif şəxslər arasında olan hər hansı bir müzakirə gec-tez "zəngilənşərək" şəxsiləşir, təhqirə keçirlər və onlar bunu dərhal və kobud şəkildə həyata keçirirlər. Və biz internetdə nə qədər çox ünsiyyət qurarsaq, bu fenomen bir o qədər də güclənir...Xüsusilə də, cəmiyyətin tanınmış siyasi xadimlərinə, deputatlara, jurnalistlərə qarşı trollinq, yalan məlumatlar, onların təhqir edilməsi adi hala çevrilməkdədir.

Yaxşı, bəs internet niyə bütün dünyada insanları belə asanlıqla dəli edir? Dünyada son zamanlar bu istiqamətdə intensiv sosioloji araşdırmalara aparılır. Bu tədqiqatlara görə bunun bir neçə səbəbi var:

#Birincisi: çoxdan məlumdur ki, pis şeylər yazmaq onu şifahi şəkildə söyləməkdən daha asandır. Buna görə də əsrlər boyu anonim məktublar və donoslar şəklində epistolyar janr mövcud olub. İndi ekran kağızı əvəz etdi, amma mahiyyət dəyişməz olaraq qalır - yazı yazanda özünü kənara çəkmək daha asandır: "mənim sözlərim - mənim şəxsiyyətim deyil", halbuki bunu şifahi nitqdə etmək demək olar ki, mümkün deyil. Bir çoxları bu “fırıldağı” şüuraltı olaraq bütövlükdə İnternet məkanında tətbiq edir: "bu, real həyat deyil və burdakı şəxslər real insanlar deyil"

#İkincisi: internetdə dialoqlar əsasən real vaxtda baş vermir. Cavab bir anda da alına bilər, bir saat və ya bir həftə ərzində də. Bu isə yalnız mücərrədliyi gücləndirir: “Mən bunu kiməsə deyirəm, bu nəvaxtsa oxunacaq” - bu da məsuliyyətin böyük hissəsini aradan qaldırır. 

#Üçüncüsü: internetdə hər bir insan digərləri tərəfindən  sözü kəsilmədən uzun, fasiləsiz monoloqlarla özünü ifadə edə bilir. Adi həyatda isə belə ünsiyyəti təsəvvür etmək çətindir. Adi həyatda şifahi söhbətdə biz həmişə qarşı tərəfin reaksiyasını görür və hiss edirik, və buna uyğun davam etməyə məcbur oluruq və ünsiyyət formasını dəyişirik.

Yeri gəlmişkən, təkcə sözlər əks əlaqə mexanizmləri hesab edilmir, həm də bədən dili, intonasiya və baxışlar da əks təsir göstərir. İsraildə Hayfa Universitetində “İnsan Davranışı və Kompüter” adlı maraqlı bir araşdırma aparılıb. 71 cüt tələbə üç qrupa bölünüb. Birinci qrupda söhbətdəki insanlar yalnız adlarını açıqlayıb, özləri haqqında danışıblar (anonimlik faktoru çıxarıldı). İkinci qrupda onlar ekranda həmsöhbətin fiqurasını yan tərəfdən (profildən) görə biliblər (bədən dilini oxuyublar). Üçüncü qrupda, tərəfdaş haqqında yeganə məlumat kamera tərəfindən göstərilən gözlər olub (və onlar bir-birləri haqqında başqa heç nə bilməyiblər). Məlum olub ki, yazışmalarda aqressivliyin minimum səviyyəsi üçüncü qrupda olduğu üzə çıxıb. Tədqiqatçıların fikrincə, baxış şəklində əks əlaqə ən effektivdir. Yəni, qarşı tərəfin gözləri danışan insane ən çox təsir edən amildir.

#Dördüncüsü (bu vacibdir): İnternetdə hələ də demək olar ki, tam cəzasızlıq və sərhədlərin olmaması üstünlük təşkil edir. Burda nə polis var, nə ordu, nə məhkəmə, nə də davranış modelləri yoxdur – öz tərəfdarlarından başqa müraciət etmək üçün heç kim yoxdur. Psixoloqlat deyirlər ki, "İnsanlar təbiətən aqressiyaya meyllidirlər". Uilyam Qoldinqin ədəbiyyat üzrə Nobel mükafatı aldığı “Milçəklərin hökmdarı” romanını xatırlayın. Ən yaxşı ingilis ailələrindən olan varlı oğlanlar bir adaya düşürlər və onlara nə olur? Sosial və hüquqi məhdudiyyət mexanizmləri aradan qalxan kimi sürü qanunları işləməyə başlayır və hər şey iki oğlanın öldürülməsi ilə başa çatır.

Və nəhayət, bu “döyüşlərdə” iştirak saxta da olsa, çoxlarına qələbə hissi verir. Bu gün real həyatda kiminləsə rəqabət apararaq, özünü fiziki və ya intellektual cəhətdən daha güclü hiss etmək imkanları çox deyil, bunu üçün çox çalışqan və hazırlıqlı olmaq lazım. Bu mənada “divan müharibələri” bir çoxları üçün çox cazibədardır.

Vaşinqton Universitetinin jurnalistika etikası professoru Edvard Vasserman isə pis nümunə göstərməkdə müasir KİV-ləri günahlandırır. “Təəssüf ki, populyar media reytinq xatirinə ən şiddətli və aqressiv danışanlara daha çox tribuna verir, onları yayır. Müzakirənin aparılması tərzi siyasətdən həyatın başqa sahələrinə keçir”

ƏGƏR HƏR ŞEY BELƏ PİSDİRSƏ, BƏS BUNDAN SONRA NECƏ OLACAQ? (növbəti yazıda)

 

Milli Məclisin İqtisadi Siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili

Mənbə:
0
5788
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar