Norveçdə pinqvinlər quş qripinə qarşı vaksinasiya edilirlər

Norveçin Berqen şəhərində yerləşən eyniadlı akvariumun işçiləri aylardır karantin şəraitində yaşayan jentu (papua) pinqvinlərini vaksinasiya ediblər. Vaksinin ikinci dozası isə aprel ayına nəzərdə tutulub.

Qazet.az xəbər verir ki, bu addım pinqvinlərin H5N8 virusu olan quş qripinə yoluxma riski ilə bağlı atılıb.

Hələ ki, Berqen Akvariumundakı pinqvinlərdən hər hansında virus aşkar edilməyib.

Yeni növ quş qripi Norveçdə ilk dəfə dekabr ayında qeydə alınıb. Mütəxəssislər virusun quşlar üçün ölüm faizini 90% olaraq qiymətləndiriblər.

Həmçinin bildirilib ki, virusun insanlara yoluxması ehtimalı az olsa da, mümkünsüz deyil.

Mənbə:
0
1325
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar