Almaniya Bundesliqasının növbəti turunda "Fyarburq"un qonağı olan "Leypsiq" 3:0 hesabı ilə qalib gəlib.
İcmalı təqdim edirik:
Azərbaycanda bu gün koronavirus infeksiyasına 353 yeni yoluxma faktı qeydə alınıb, 149 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada 3 nəfər "COVID-19”dan vəfat edib.
İran çempionatında 17-ci turun oyunları keçirilir.
Offsideplus.az xəbər verir ki, "Traktor" bu gün "Nassaji Mazandaran"ı qəbul edib.
Oyun Təbriz təmsilçisinin qələbəsi ilə başa çatıb - 2:1.
Bu qələbə ilə xalını 26-ya çatdıran "Traktor" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
“Zirə” klubu yeni futbolçu ilə müqavilə bağlayıb.
Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Bakı təmsilçisi Rodriqo Bonqonquini transfer edib. 28 yaşlı hücumçu ilə cari mövsümü sonuna kimi anlaşılıb.
Qeyd edək ki, fransalı futbolçu daha əvvəl ölkəsinin “Sedan”, “Paris”, “Le Erbe”, Xorvatiyanın “Slaven Belupo”, Sloveniyanın “Tabor” və İsrailin “Hapoel Hadera” klublarında çıxış edib.
İngiltərə Premyer Liqasının 29-cu turunda "Börnli"nin qonağı olan "Arsenal" matçdan 1:1 hesablı bərabərliklə ayrılıb.
İcmalı təqdim edirik:
Futbol üzrə Azərbaycan 1-ci divizionunun 16-cı turunda keçirilən “Turan Tovuz” - “Neftçi-2” oyunundan (2:2) videoicmalı təqdim edirik.
Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə Böyük Dəbilqə turniri davam edir.
Offsideplus.az xəbər verir ki, bu gün 73 kq çəki dərəcəsində çıxış edən Rüstəm Orucov 1/16 finalda Martin Hojakaya (Sloveniya), ardınca isə Oleq Babqoyevə (Rusiya) qalib gəlib. Orucov 1/4 finalda Ermənistan təmsilçisi Ferdinand Karapetyana məğlub olan idmançımız təsəlliverici görüşdə Özbəkistan təmsilçisi Murodjon Yuldoşevə ipponla qalib gələrək bürünc medal uğrunda görüşə vəsiqə qazanıb.
O, üçüncü yer uğrunda qarşılaşmada Obidkhon Nomonova (Özbəkistan) qalib gəlib.
Mükafatlandırma mərasimi isə ermənilərin narazılığına səbəb olub. Belə ki, Azərbaycan bayrağının Ermənistanınkından irəlidə asılması bədxah qonşularımızı hiddətləndirib.
Onlar, ölkəmizin adının əlifba sırasında Ermənistandan sonra gəlməsini, həmçinin Rüstəm Orucovun 1/4 finalda Ferdinand Karapetyana uduzmasını əsas gətirərək, buna etirazlarını bildiriblər.
"Milan" klubunun futbolçusu Hakan Çalhanoğlu A seriyasının 26-cı turunda "Verona" ilə oyunu buraxacaq.
Offsideplus.az xəbər verir ki, türkiyəli yarımmüdafiəçinin əzələlərində problem var. 27 yaşlı futbolçu bu səbəbdən 25-ci turda (1:1) "Udenize" ilə görüşdə də iştirak etməmişdi.
Qeyd edək ki, sabah keçiriləcək "Verona" - "Milan" matçı Bakı vaxtı ilə 18:00-da başlayacaq.
"Yuventus" klubu növbəti mövsüm üçün heyətini yeni hücumçu ilə gücləndirmək niyyətindədir.
Offsideplus.az xəbər verir ki, "qoca sinyora" "Mançester Siti"nin forvardı Serxio Aqueronu sıralarına qatmaq istəyir.
A Seriya təmsilçisi "şəhərlilər"lə bu mövsümün sonunda müqaviləsinin müddəti başa çatacaq 32 yaşlı futbolçunu azad agent kimi transfer etməyi planlaşdırır.
Rəhbərlik Aqueronun Kriştiano Ronaldo ilə əla tandem təşkil edəcəyinə inanır.
Qeyd edək ki, Aquero 2011-ci ildən "Mançester Siti"də çıxış edir.
Azərbaycan Birinci Divizionunda 17-ci turun oyun cədvəli bəlli olub.
Offsideplus.az PFL-nin rəsmi saytına istinadən xəbər verir ki, növbəti turun oyunları 11-12 mart tarixlərində keçiriləcək.
Turun “Keşlə-2” – “Qarabağ-2” görüşündən başqa bütün qarşılaşmaları Birinci Divizionun “youtube” kanalında canlı yayımlanacaq.
Birinci Divizion
17-ci tur
11 mart
Kəpəz – Neftçi-2
Gəncə şəhər stadionu, 14:00.
Qaradağ Lökbatan – Zaqatala
Lökbatan Olimpya İdman Kompleksinin stadionu, 15:00.
12 mart
Turan Tovuz – Sabah-2
Tovuz şəhər stadionu, 14:00.
Sumqayıt-2 – MOİK
Sumqayıt şəhər stadionu (ehtiyat meydança), 15:00.
Keşlə-2 – Qarabağ-2
“ASK Arena”, 15:00.
Bu gün I Divizionun 16-cı turuna yekun vurulub.
Oyunun ikinci günündə "Qaradağ Lökbatan” "Sabah"ın ikinci komandası üzərində 2:1 hesablı qələbəyə sevinib. “Turan Tovuz” “Neftçi-2” qarşılaşması isə 2–2 hesabıyla başa çatıb.
5 mart (cümə)
“Qarabağ-2” 1-1 “Kəpəz”
(Sultan Mustafayev, 74 // Emil Qasımov, 54)
MOİK 3–3 “Keşlə-2”
(Xəyal Bədirov, 37; Hüseyn Hüseynli, 40; Emin Mehtiyev, 41 // Bahadur Həziyev, 25; Xəzər Mahmudov, 75, 90+3)
“Zaqatala” 2-0 “Sumqayıt-2”
(Xəlil Bəşirov, 69; Əsədulla Heydərov, 89)
6 mart (şənbə)
“Sabah-2” 1–2 “Qaradağ Lökbatan”
(Kamran Quliyev, 17 // Sabir Allahquliyev, 75; Əbdülkərim Ağamalıyev, 83)
“Turan Tovuz” 2–2 “Neftçi-2”
(Elçin Qasımov, 44; Nurlan Şabanov, 78 // Asim Əlizadə (p.) 45+1; İsmayıl Zülfüqarlı, 65)
Bu gün "Beşiktaş"da onlayn İdarə heyəti iclası baş tutub.
Klub rəsmiləri "Beşiktaş"ın 3 milyard 570 milyn 822 min TL (397 milyon 817 min avro) borcu olduğunu bildirib.
Boks millimizin kubalı üzvü Azərbaycanda subaylığın daşını atıb.
II Avropa Oyunlarının qalibi, 81 kq çəki dərəcəsində yarışan legioner Türkiyəyə getməzdən öncə özünə nişan edib. Mərasimdə Olimpiya mükafatçısı, I Avropa Oyunlarının qalibi olmuş digər kubalı legionerimiz Lorenso Sotomayor da iştirak edib.
Qeyd edək ki, boks millimiz hazırda Türkiyənin Kastamonu bölgəsində təlim-məşq toplanışı keçir. Alfonso Dominqes də həmin hazırlıq prosesində iştirak edir (Fanat.az).
"Sabah" klubunun keçmiş idman direktoru, futbol eksperti Emin Abbasov Keysuke Hondanın 2019-cu ildə Azərbaycan klubuna fantastik qiymətə təklif olunduğunu açıqlayıb.
"Biri deyir, Honda "Neftçi"yə lazımdır, o biri deyir, sönmüş ulduzdu bu. Bir başqası zarafata salır ki, "Neftçi"yə çempion olmaq üçün Honda yox, BMW lazımdır və s. Bütün bu söz-söhbətlər burulğanında əksəriyyət nədənsə, məsələni incələmək istəmir. Honda indi hansı formadadır, hansı pula gəlməyə razıdır, ona xərclənəcək pulu klubun marketinqi dirildə bilərmi, "Neftçi"nin məşqçisi necə baxır bu transferə və başqa nüanslar... Maraq üçün deyim ki, Honda 2019-cu ildə "Melburn"dan ayrılanda mənə təklif olunmuşdu - 15 milyon avroya!"
Qeyd edək ki, 34 yaşlı yarımmüdafiəçi ilə "ağ-qaralar"ın yaxın vaxtlarda müqavilə imzalanacağı gözlənilir.
"Fənərbağça" heyətini iki məşhur futbolçu ilə gücləndirəcək.
"Sarı-lacivərtlər"in ilk hədəfi "Roma"nın oyunçusu Edin Cekodur. Təcrübəli hücumçunun adı mövsümün əvvəlində və qış transfer dönəmində "Fənər"lə hallansa da keçid baş tutmamışdı.
Siyahıdakı ikinci ad isə "Kristal Palas"dan Mişi Batşuayidir. Mövsümün sonunda klubla müqaviləsi başa çatan belçikalı forvard üçün "Fənərbağça"nın iş başında olduğu bildirilir.